İnsanlara hürriyət, millətlərə istiqlal!

Yol polisi sosial şəbəkədə yayılan video ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ - VİDEO

1735 03.11.2023 01:49 Hadisə A A

Sosial şəbəkələrdə Prius sürücüsünün qorxunc görüntüləri yayılıb.

Xezerxeber.az xəbər verir ki, əvvəlcə hərəkətdə olan avtomobilin pəncərəsindən çölə çıxır, sonra isə sükanı ayaqları ilə idarə etməyə başlayır.

Yenidən sükan arxasına keçən sürücü sərnişini qucağına alaraq nəqliyyat vasitəsini idarə etməyə davam edib.

Sosial şəbəkələrdə yayılan görüntüləri nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı şərh edib.

Elməddin Muradlı bildirib ki, məsuliyyətsizlik edən həmin şəxslərə qanunvericiliyin tələblərinə uyğun olaraq ağır cəza tətbiq olunmalıdır. Çünki, təkcə özlərinin deyil, başqalarının da həyatlarını təhlükəyə atıblar.

Məsələ ilə əlaqədər Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Hacıyev bildirib ki, görüntülərlə bağlı artıq araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR