İnsanlara hürriyət, millətlərə istiqlal!

Yol çəkən ölkəni yol kəsməkdə ittiham etmək əbləhlikdir!

1096 13.12.2022 15:05 Gündəm A A

Qarabağda tarix yazılır. Azərbaycanın fədakar vətəndaş cəmiyyətinin təmsilçiləri, media mənsubları, ekoloqları, polisi, təhlükəsizlik xidməti, ordusu, gömrük, fövqəladə hallar əməkdaşları və digər oğul-qızlarımız ikinci gündür ki, milli mücadiləmizin təmsilçiləri olaraq ÖN CƏBHƏDƏdirlər! Bu günlərdə hər birimizin fikri-düşüncəsi Laçın yolunda cərəyan edən olaylardadır, hamımızın ürəyi ORDAdır!

WhatsApp Image 2022-12-13 at 15.17.47.jpeg (103 KB)

Şübhə etmirik ki, 44 günlük Vətən savaşından sonrakı növbəti bir mübarək proses də qalibiyyətlə bitəcək, çünki Dövlət və Millət bir yerdədir, Ordumuz, komandoslarımız, xüsusi təyinatlılarımız, daxili işlər orqanlarının əməkdaşları hələ kənardan müşahidə edirlər sivil aksiyanı. Hələ ki bu dinc tədbirdə Qarabağı, Şərqi Zəngəzuru quran türkiyəli qardaşlarımız da öz sözünü deyirlər, bizimlə bərabərdirlər hər zaman olduğu kimi. Amma qarşı tərəfin ağlından hansısa axmaq hərəkət etmək niyyəti keçərsə, o zaman Dəmir Yumruq hazırdır + Şuşa Bəyannaməsi! Amma və lakin bizim dövlətimiz qan tökülməsini heç zaman istəməyib və bundan sonra da elə bir fikri, planı yoxdur, yetər ki, qarşı tərəf də ötənlərdən dərs götürsün.

Azərbaycanlı fəalların məqsədi nədir? Erməni şivənşünasların iddia etdiyi kimi, Qarabağdakı erməniləri “genosid” etməkmi? Yox! Azərbaycan zaman-zaman genosidə məruz qalıb, həm də erməni canilər tərəfindən, lakin heç vaxt buna qarşılıq verməyib, çünki KİŞİyana davranıb tarix boyu, elə son savaşda da bir mülki erməninin burnunun qanamasını istəmədi, hətta düşmən tərəfin köməksiz qalmış nümayəndələrinə tibbi yardım göstərildi, xəstəxanaya yerləşdirildi və geri təhvil verildi. İndi QALİB Azərbaycan erməni əhalini niyə qırmaq istəsin ki? Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, vətəndaşlığımızı qəbul edən ermənilərə ölkənin digər vətəndaşları ilə eyni münasibət olacaq. Bakıda yaşayan 30 min erməni eyni hüquqdan bəhrələnmirmi? Nə vaxt gördünüz Azadlıq meydanında hansısa ermənini bir yerindən asdılar? Olmadı və olmayacaq da. Bu mənada Xankəndidə qalmış bir ovuc erməni ilə bağlı hay-küyün də heç bir mənası yoxdur. Ermənilər anlamalıdırlar ki, 1991-ci ilin elə dekabr ayında tam işğal edilmiş, sonuncu azərbaycanlı öz evindən qovulmuş Xankəndidən didərgin salınmış 13 minədək sakini ÖZ EVİNƏ qayıtmalıdır! Laçınlılar Laçına, zabuxlular Zabuxa qayıtdıqları kimi! Başqa variant ola bilməz! Azərbaycan nəinki erməniləri qırıb-məhv etmək niyyətində deyil, hətta Ermənistanla da normal münasibətlərin tərəfdarıdır, bunu anlamaq doğrudanmı çox çətindir?! Əks təqdirdə, yaralarımız qaysaqlanmamış Ermənistanın da yer ala biləcəyi 3+3 formatı, Zəngəzur dəhlizinin açılması, sərhəd dəqiqləşdirilməsi, sülh müqaviləsi ilə bağlı təkliflər nəyə görədir?

Sadəcə Azərbaycan dövləti öz ərazisində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini istəyir və hər bir dövlət bu addımı çoxdan atardı. Təsəvvür edin, müharibə iki il bir aydır bitib, amma Qarabağda dərhal rədd edilməli olan erməni terrorçular hələ də saxlanılır. Nikol Paşinyan hələ indi nağıl danışır ki, guya hərbi texnikanın çıxarılmasına göstərib verib. Bəs Qarabağa əsgər göndərməyəcəkdilər, ordakı silahlıları 2022-ci ilin iyununadək geri çağıracaqdılar? Hanı? Verilən vədlər sabun köpüyünə dondü. İndi də daha bir nağıl. Sadəcə görürlər ki, Azərbaycan erməni separatizminin, terrorizminin boğazından möhkəm yapışıb, boğulurlar, ona görə də xırıldaya-xırıldaya vəziyyəti yumşaltmağa çalışırlar bu kimi dezolarla. Yəni açın Laçın yolunu, biz ordan hərbi texnika çıxaracağıq. Paşinyan həqiqətən sülh istəsəydi, Ermənistan Təhlükəsizlik Şurasını çağırmazdı. Xankəndi ermənilərindən, Laçın yolundan sənə nə dəxli var, bu suala cavab versin yaxşısı budur!

WhatsApp Image 2022-12-13 at 15.27.49.jpeg (92 KB)

Əgər azca düşüncələri olsaydı, görərdilər ki, Azərbaycanın məqsədi yolu bağlamaq deyil. Azərbaycan yol bağlayan olsaydı, qısa müddətə Laçın dəhlizinə alternativ Xankəndi-Gorus avtomobil yolunu çəkməzdi. Yol çəkən ölkəni yol kəsməkdə ittiham etmək əbləhlikdir! Azərbaycan büdcəsindən kəsib bu yolu çəkdi ki, adam olun, amma namərdlik etməyin! Amma bunlar bizim çəkdiyimiz yolla İran terrorçuların rahat daşıdılar, Qarabağa minalarla dolu yük gətirdilər, ayağımızın altında basdırmaq üçün. Üstəlik də Ağdərədəki qızıl-mis yataqlarımızın çapıb-talanmaq üçün əlavə imkanlar əldə etdilər.

Bəli, hadisələr Ağdərənin faydalı yataqlarının, Azərbaycanın sərvətlərinin talanması, ekoloji fəlakətin yaranması ilə əlaqədar başlayıb. Yenə də dünyadan səs-soraq yoxdur.

WhatsApp Image 2022-12-13 at 15.18.20.jpeg (114 KB)

Qarabağdakı 70-ədək məscidimizin dağıdılmasına UNESCO-nun susduğu kimi, dünyanın ekologiya və qiymətli metallarla bağlı qurumları da baş verənlərə biganədir. Digər tərəfdən də Oxçuçaya Ermənistandakı mis mədənlərindən zəhər axıdılır. Dünya Azərbaycana qarşı cinayətlərə susur həmişəki kimi. Görünür Azərbaycan 4 qətnaməni yerinə yetirdiyi kimi, qarşısındakı digər maneələri də təkbaşına aradan qaldırmalı olacaq. Amma işimiz bununla bitməycək.

Rusiyanın hərbi kontingenti erməni separatçı-terrorçu qüvvələrlə cinayət ortağına çevrilib. Və artıq heç kəsdə şübhə yoxdur ki, iki gündür etirazçıların səsini eşitməyən, yoxa çıxan general-mayor Andrey Volkov cinayət faktlarını ört-basdır etmək üçün ofisindən bayıra çıxmır. Birdən-birə nə baş verdi? Əvvəlcə Azərbaycanlı mütəxəssisləri ofisinə dəvət edən, monitorinq üçün razılığa gedən Vokov ardınca erməni separatçılarını təlimatlandırıb Azərbaycan ekoloqlarının yolunu kəsməyə vadar etdi, ardınca da yoxa çıxdı...

WhatsApp Image 2022-12-13 at 15.15.30.jpeg (62 KB)

Baxın, yol kəsən kimlərdir? Prosesləri 80-ci illərin sonlarına qaytarmaq istəyirlər. O zaman Volski gedirdi erməni separatçıların önündə, indi Volkov. O vaxt ermənilər Topxana meşəsini qırıb hansısa aliminium zavodu tikməyə girişmişdilər, bu dəfə mis-qızıl mədənlərinin anasını ağladırlar. Və yol kəsmə əməliyyatları da eyni. O zaman da azərbaycanlıların yolunu kəsirdilər, indi də Xankəndiyə, Kəlbəcərə gedənlərimizin yolunu kəsirlər. 366-cı alayın tərkibində erməni hərbçilər olduqları kimi, Volkovun “məramsız”larının tərkibində də bir gündə 3 ermənini ifşa etdi bizim aksiya iştirakçıları.

Bu gün faktiki olaraq ermənilərin yolunu Volkov və onun hərbçləri kəsib, Ermənistana axın olmasın deyə. Axı, 44 günlük müharibədə Xankəndidə tək-tük erməni qalmışdı, sonradan Rusiya hərbçiləri onları geri qaytardı. İndi də onların varlığını təmin etmək istəyirlər, özləri daha 5 il müddətində qalsınlar deyə.

Odur ki, yaxşı olar ermənilər düşmənlərini tanısınlar! Hansısa xəstəni İrəvana aparmaq niyyətləri varsa, yaxınlaşıb azərbaycanlılardan xahiş edə bilərlər, ola bilsin onların müalicəsi elə Şuşada həyata keçiriləcək. Amma fakt budur ki, Rusiya hərbçiləri həm Turşu, həm də qarşı istiqamətdən Laçın yolunu kəsib, ermənilərin hərəkətinə mane olur. Rusiya öz ampulasındadır, növbəti dəfə qarışıqlıq salıb, öz mövcudluğunu daha uzun müddətə təmin etmək istəyir. Əslində rus hərbçilər azərbaycanlı mütəxəssislərin Ağdərəyə qədər müşayiət etsəydi, bu hadisələr baş verməzdi. Necə ki, bir neçə ay əvvəl bizim mütəxəssislər Sərsəng Su Anbarına baxış keçirmişdilər. O zaman nə ermənilər yolu kəsdilər, nə də biz aksiya keçirdik.

Azərbaycan Xankəndiyə, digər ərazilərə qaz, su, elektrik enerjisi, hətta dəmir yolunun çəkilişi ilə bağlı planlar qurur. İstəyir ki, orda millətindən asılı olmayaraq, hər kəs rahat yaşasın. Belə bir ölkəni “genosid” hazırlamaqda ittiham edənlər Ermənistandan 34 il əvvəl, elə bu dekabr günlərində son nəfəri qovulmuş 300 minədək azərbaycanlıların qayıdışı ilə bağlı nə tədbir gördüyü barədə suala cavab versin!

Elşad Paşasoy,
Musavat.com  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR