İnsanlara hürriyət, millətlərə istiqlal!

Yevlaxın baş həkimini öldürməkdə ittiham olunanlar məhkəmə qarşısında  

569 05.05.2023 15:41 Kriminal A A

Şəki Ağır Cinayətlər Məhkəməsində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovu qətlə yetirməkdə ittiham olunanlar məhkəmə qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən məhkəməyə hazırlıq iclasında müttəhimlər kürsüsünü 3 nəfər– 30 yaşlı Daşqın Xəlilov, 18 yaşlı Fəxrid Allahverdiyev və 17 yaşlı Ramiz Məmmədov bölüşüblər.

İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı mayın 18-nə təyin edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.11-ci (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham olunurlar.
Xatırladaq ki, qətl hadisəsi bu ilin yanvarında baş verib. Bəyaz Cabbarov evinə basqın zamanı bıçaqlanaraq qətlə yetirilib.

İstintaq gedişində Daşqın Xəlilov, Fəxrid Allahverdiyev və Ramiz Məmmədovun mərhumun evinə basqın etməsi, kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilib. Onlar barəsində həbs qətimkan tədbiri seçilib.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR