İnsanlara hürriyət, millətlərə istiqlal!

Yetərincə su içməsəniz, bu orqanlarınız sıradan çıxacaq- XƏBƏRDARLIQ

2816 20.06.2023 01:33 Səhiyyə A A

Yetərincə su içməmək böyrək, ürək, qaraciyər kimi orqanlarda ciddi problemlərə səbəb ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin tanınmış daxili xəstəliklər mütəxəssisi, həkim Hayriye Belma Siber xəbərdarlıq edib.

O bildirib ki, az su istehlakı bədən istiliyi, dəri quruluğu, həzmsizlik, baş ağrısı və unutqanlığa gətirib çıxarır və həyati funksiyaların sağlam şəkildə davam etməsi üçün gündə 2-2,5 litr su içmək orqanizmin su ehtiyacını qarşılayır.

"Çay və qəhvə kimi içkilər suyu əvəzləməməlidir, çünki onlar orqanizmdən suyun xaric olmasını artırır. Kifayət qədər su istehlak etməməyin ən mənfi təsirinin böyrəklər üzərində özünü göstərir. Karbamid, kreatin və sidik turşusu kimi zərərli maddələri bədəndən çıxarmaq üçün su istehlakı həyati əhəmiyyət daşıyır. Bundan əlavə, kifayət qədər su içməmək sidik axınını yavaşlatdığından sidik yollarında infeksiyalar və böyrək daşlarının əmələ gələ bilir, bu isə sonradan böyrək çatışmazlığına səbəb olur" - Siber bildirib.

Həkim ürək xəstəliklərinin, xüsusilə infarktın su istehlakı ilə yaxından əlaqəli olduğunu ifadə edib:

"Araşdırmalar göstərir ki, gündəlik su istehlakına diqqət edənlərlə etməyənlər arasında infarkt baxımından əhəmiyyətli bir fərq var. Susuz qalan bədəndə qan qatılaşması və laxtalanma, nəticədə qan təzyiqi balansının pozulması, ürək döyüntüsü, ritm pozğunluğu və ürək çatışmazlığı kimi problemlər yarana bilər. Bundan əlavə, ürəyin öz funksiyalarını normal şəkildə yerinə yetirməməsi qaraciyər və ağciyərlərdə də mənfi nəticələrə səbəb ola bilər".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR