İnsanlara hürriyət, millətlərə istiqlal!

Yer kürəsində güclü maqnit qasırğası başlayıb

2481 24.04.2023 08:35 Astrologiya A A

Yer kürəsində güclü maqnit qasırğası başlayıb.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutunun materiallarında bildirilib. Məlumata görə, Yerin maqnit sahəsinin pozulma dərəcəsi G4 səviyyəsinə yüksəlib. Şkala üzrə G5 son dərəcə güclü, G1 isə zəifdir.

G4 səviyyəsində Yer kürəsində rabitəyə ciddi müdaxilələrlə yanaşı, radiorabitələrdə ciddi pozulmalar, peyk və radiotezlik naviqasiyasında ciddi yanlışlıqlar ola bilər. Lakin günəş alışmalarında enerjili proton axınlarının təhlükəsi hələ ki zəif S1 səviyyəsində qalır.

Geomaqnit qasırğa səbəbindən "qütb parıltıları müşahidə edilə bilər. G4 səviyyəsində tropiklərdə qütb parıltıları qeydə alına bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR