İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni tədris ilində məktəb avtobusları olacaqmı?

654 02.06.2023 12:19 Təhsil A A

Azərbaycanda bir sıra təhsil müəssisəsi istisna olmaqla, servis avtobusları yoxdur. Valideynlərin və şagirdlərin rahatlığı baxımından bu xidmətin göstərilməsi çox əlverişlidir. Dəfələrlə bununla bağlı müzakirələr aparılıb. Yeni tədris ilində bu məsələ ilə bağlı yenilik olub-olmayacağı hələ ki, sual altındadır.

Elm və təhsil naziri bununla bağlı son açıqlamasında bildirmişdi ki, qurumun yol xəritəsində məktəb avtobuslarının olması var. Nazir Emin Əmrullayev şagirdlərin məktəblərdə yerləşdirilməsində müəyyən mənada pərakəndəlik olduğunu qeyd etmişdi: “Son illərdə biz sistemi qurmuşuq. Şagirdlərin yerdəyişməsi əsasən yaşadıqları ərazi üzrə aparılır. Bu gün Bakının dörd bir tərəfindən məktəblərə şagird gəlir. Bu səbəbdən hazırda məktəb avtobuslarının nə qədər effektiv olacağı sualı ortaya çıxır. Bəzi məktəblər özəl sektorla əməkdaşlıq çərçivəsində avtobus xidməti ala bilər. Biz bunu dəstəkləyirik. Bunun biz tərəfdən təşkili ilə bağlı bir neçə dəfə cəhdlər olub. Lakin məktəblə ünvanların uyğunlaşmaması bu xidmətin səmərəli təşkilində ən azından kağız üzərində alınmır”.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova Musavat.com-a açıqlamasında qeyd edib ki, dünyanın hər yerində servis təşkilatları var.

gunel.jpg (33 KB)

G.Səfərovanın sözlərinə görə, bu, ya özəl təşkilatlar tərəfindən həyata keçirilir, ya da dövlət: “Azərbaycanda elə bir düşüncə var ki, hər problemi dövlət həll etməlidir. Özəl sektor da dövlət qurumlarının bütün xidmət vasitələrini öz əlində cəmləşdirməsindən şikayət edir. Paradoksal vəziyyət yaranıb. Özəl şirkətə etibar etsək, nəzarət mexanizminin güclü olmayacağından ehtiyat edirik. Dünya təcrübəsinə əsasən, hər məktəb xidməti özü həyata keçirir. Bəzi kənd məktəblərində uşaq sayı çox azdır. Maliyyə effektivliyini nəzərə aldıqda uşaqların mərkəzdə təhsil alması dəfələrlə ucuz başa gəlir. Məktəbi bağlayıb müəllim və şagird heyətini mərkəzə yerləşdirmək çıxış yolu deyil. İcma məktəb olduğu halda məskunlaşdığı yerdə qalır, əks halda köç başlaya, kənd boşala bilər. Bir sözlə, məsələ təkcə maliyyə effektivliyi deyil. Hesab edirəm ki, şagirdlərin daşınmasının dövlət tərəfindən həyata keçirilməsi bürokratik sistem yarada bilər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR