İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni müharibəyə hazırlıq gedir - SENSASİYA

1249 28.03.2024 15:54 Dünya A A

Rusiya Xarici İşlər Nazirliyi NATO-nun Şərqi Avropa və Qara dəniz regionunda fəaliyyətini qiymətləndirib.

Musavat.com xəbər verir ki, bəyanatda Rumıniya hakimiyyətinin Konstansadakı Mixail Koqalniçeanu aviabazasının modernləşdirilməsi və 10 min nəfərlik hərbi şəhərciyin tikintisi üçün 2,5 milyard avro dəyərində investisiya planına toxunulub.

Bildirilib ki, NATO-nun Şərqi Avropa və Qara dənizdəki fəaliyyəti Rusiya ilə münaqişəyə hazırlıqdan xəbər verir

"NATO Polşa və Baltikyanı ölkələrdə qüdrətini sürətlə artırır. NATO üzvlərinin bu cür fəaliyyəti təxribat xarakteri daşıyır, sərhədlərimizdə hərbi gərginliyi artırır və Rusiyanın təhlükəsizliyinə əlavə təhdidlər yaradır. Bütün bunlar NATO müttəfiqlərini ölkəmizlə mümkün münaqişəyə hazırlamaq məqsədi daşıyır. Biz Rumıniyadakı hadisələri izləyəcəyik, yaranan riskləri qiymətləndirəcəyik və hərbi planlaşdırmada bunları nəzərə alacağıq”, - deyə məlumatda bildirilir.

Bildirilir ki, Rumıniyadakı hava bazası modernləşdirildikdən sonra “NATO-nun Avropadakı ən böyük bazası” olacaq. ABŞ ordusu bu bazadan 1999-cu ildən istifadə edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR