İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yeni klinika”da İTS çərçivəsində müraciət edənlərin sayı durmadan artır

965 27.01.2023 14:37 Səhiyyə A A

Ötən ay ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinə müraciət edənlərə 51 755 ambulator tibbi xidmət göstərilib.

Musavat.com-un xəbərinə görə, 2022-ci ilin dekabr ayı ərzində tibb müəssisəsinə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ambulator tibbi xidmət üçün müraciət edən pasiyentlərin sayı 7862, stasionar tibbi xidmət üçün müraciət edənlər 231, əməliyyat olunan pasiyentlərin sayı isə 206 nəfər təşkil edib.

Qeyd edək ki, “Yeni klinika” tibb müəssisəsində 6 iyun 2022-ci il tarixindən etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.

Xatırladaq ki, 300-ə yaxın həkim və tibbi heyətin çalışdığı Qafqazın ən böyük tibb müəssisəsi hal-hazırda Ümumi Cərrahiyyə, Terapiya, Təcili və Təxirəsalınmaz Tibbi Yardım, Reanimasiya şöbələri və Poliklinikadan ibarətdir. Poliklinikada həmçinin Urologiya, Kardiologiya, Ümumi Cərrahiyyə, Ürək-damar Cərrahiyyəsi, LOR, Qastroenterologiya, Radiologiya, Revmatologiya, Endokrinologiya, Ginekologiya, Nevrologiya və Pediatriya şöbələri poliklinik olaraq fəaliyyət göstərir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR