İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni kənd təsərrüfatı naziri KİMDİR? - DOSYE

7339 14.04.2023 11:54 Gündəm A A

Prezident İlham Əliyevin sərəncamı ilə Məcnun Qadir oğlu Məmmədov kənd təsərrüfatı naziri təyin edilib.

Musavat.com xəbər verir ki, o, 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2004-2006-cı illərdə isə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb.

Məcnun Məmmədov bundan əvvəl “PASHA Holding” MMC-nin Abşeronda zeytun və badam bağları salan “Grand-Agro” MMC-nin direktoru vəzifəsində çalışıb.

O, həmçinin “Agro Food Investment” MMC-nin direktoru vəzifəsində işləyib.

Qeyd edək ki, bundan öncə kənd təsərrüfatı naziri İnam Kərimov olub. Aprel ayını 4-də o, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR