İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Kaledoniyada komendant saatı tətbiq edildi

726 14.05.2024 22:57 Dünya A A

Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində baş verən etirazlara cavab olaraq Fransa hakimiyyəti komendant saatı tətbiq edib və ictimai toplantıları qadağan edib.

"Report" "Benar News"a istinadən xəbər verir ki, etirazlara Fransanın minlərlə yeni miqrantın səs verməsinə icazə vermək üçün konstitusiyaya düzəlişlər edilməsi təklifi səbəb olub. Bu addım adanın 270 min əhalisinin təxminən 40 %-ni təşkil edən kanakların müstəqillik axtarışında geriləmə kimi qiymətləndirilir.

Təklif olunan dəyişikliklər gərginliyi artırıb, yollarda blokadalara, yanğınlara və təhlükəsizlik qüvvələri ilə toqquşmalara gətirib çıxarıb, nəticədə 36 nəfər həbs edilib və bir neçə polis yaralanıb.

Fransanın Yeni Kaledoniya üzərində strateji nəzarəti Sakit Okeanda Çinin təsirinə qarşı yönəlib. Mövcud böhran Fransada seçki siyahılarının “dondurulması” ilə bağlı parlament müzakirələri fonunda baş verir və qarşıdan gələn dekabr seçkilərinə təsir edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR