İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəmənli nazirin oğlu Türkiyədə qəza törədib

410 12.12.2023 11:25 Dünya A A

İstanbulda motosiklet kuryeri Yunus Emre Göçeri vuraraq öldürdükdən sonra Türkiyədən qaçan Somali prezidentinin oğlundan sonra bu dəfə də dünən Yəmənin keçmiş müdafiə nazirinin oğlu Musaid Hüseyn Beyoğluda yaşlı qadını avtomobillər vuraraq ağır yaralayıb.

Dekabrın 10-da 27 yaşlı Musaid Hüseynin vurduğu 72 yaşlı Pakizə Özerdir. vurub.

Qəzadan sonra polis idarəsinə aparılan Musaid Hüseyn bildirib ki, kirayə götürdüyü avtomobildə atası ilə birlikdə gəzintiyə çıxıb və Ömər Xəyyam küçəsində bir qadını vurub. “Zərbənin təsirindən qadın yerə yıxıldı. Ona nə olduğunu görmək üçün dərhal aşağı düşdüm. Qadının başında qan axırdı. Qanaxmanı dayandırmaq üçün qadının baş örtüyü ilə başını bağladım və qanı dayandırdım. Ətrafımızdakı vətəndaşlar da bizə kömək etdilər”.

Keçmiş nazirin oğlu deyib ki, özündə gümah görmür, gözünə gün düşüb, qadın isə onun maşınının böyrünə dəyərək yerə yıxılıb, üstəlik, sürəti aşağı imiş.

Polis bölməsindəki ifadəsindən sonra Çağlayan məhkəməsinə gətirilən və prokurorluğa ifadə verən şübhəli Musaid Hüseynə xaricə çıxmaq qadağası qoyulub və sərbəst buraxıldı.

Məlumata görə, zərərçəkənin hazırda xəstəxananın reanimasiya şöbəsində ağır vəziyyətdə olduğu bildirilir. Ekspertiza rəyində təqsir zərərçəkənə aid edilib.

Qəza anı küçədəki bir iş yerinin təhlükəsizlik kamerasına düşüb. Kadrlarda Musaid Hüseynin idarə etdiyi avtomobilin güzgüsü ilə Özer və onunla birlikdə olan şəxsi vurduğu, Özerin isə yıxıldığı və başının yerə dəydiyi görünür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR