İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeddi yaşlı qız dəfələrlə şiddətə məruz qalıb - FOTO

958 28.02.2023 12:07 Hadisə A A

Abşeron rayonunda yeddi yaşlı qız şiddətə məruz qalıb.

Musavat.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, İ.İ. dəfələrlə fiziki zorakılığa məruz qalıb.

Qeyd edilib ki, uşaq erkən yaşlarda anasını itirib. Qadının iki azyaşlı övladı qalıb. Ata ikinci dəfə ailə qurub.

Məsələ barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov oxu.az-a bildirib ki, qeyd edilən hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsində artıq təhqiqat araşdırmalarına başlanılıb:

“Tərəflərin hər biri bölməyə dəvət edilib. Xəsarətlərin dərəcəsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib. Araşdırmaların yekunu barədə əlavə məlumat veriləcək”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, azyaşlının döyülməsi faktı ilə bağlı məsələ nəzarətə götürülüb:

“Bu barədə müvafiq qurumlara məlumat verilib. Azyaşlının döyülməsi ilə bağlı polis əməkdaşları araşdırma aparırlar. Ekspertizanın rəyinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək”.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR