İnsanlara hürriyət, millətlərə istiqlal!

Yazıçı Oqoltsov Xankəndidəki yeddiaylıq həyatından danışıb - Erməni TV-si onu təhrik etsə də...

1260 17.06.2024 13:15 Siyasət A A

Yazıçı Sergey Oqoltsov Azərbaycan ordusunun azad etdiyi Qarabağda yeddi ay yaşadıqdan sonra Xankəndini tərk edib. O, Xankəndidə ünsiyyətdə olduğu azərbaycanlılarla bağlı xoş təəssüratlarını İrəvanın civilnet.amо mediası ilə bölüşüb. Yazıçı İrəvan studiyasında olarkən verilişin aparıcısının "təhrikedici suallarına" baxmayaraq, Azərbaycan haqda mənfi münasibət bildirməyib.

S.Ogoltsov 37 il əvvəl sovet Ukraynasından Xankəndinə  köçüb. İşğal edilmiş Qarabağda ailəsilə birlikdə yaşayıb və 27 sentyabr 2023-cü ildə, Azərbaycan ordusu şəhərə daxil olanda bu şəhərdə yaşamaq arzusunu bildirib. Veriliş zamanı yazıçı qalmaq istəyini yazdığı kitab üzərində işi bitirmək niyyətilə izah edib. Qarabağda hakimiyyət dəyişikliyindən sonra onun üçün "cənnət" yaranıb, Oqoltsovun dediyi kimi, çünki elektrik enerjisi kəsilmirdi və gündə 10 saat kitab üzərində işləyə bilirdi. Son Qarabağ hadisələrinə həsr olunmuş "Vsem v otrıv, ili rekviem po kornevoy sisteme” kitabı müəllif İrəvana köçdükdən sonra İnternetdə yerləşdirilib.

S.Oqoltsov deyib ki, o getdikdən sonra Xankəndidə 14 erməni yaşayır, onların əksəriyyəti sığınacaqda yerləşdirilib və Beynəlxalq Qırmızı Xaçın hesabına lazım olan hər şeylə, o cümlədən pul ilə təmin olunub.

WhatsApp Image 2024-06-17 at 13.00.38.jpeg (112 KB)

O, aparıcının sualını cavablandırarkən deyib ki, Azərbaycan hakimiyyəti, o cümlədən Qarabağ polisi və Azərbaycanın Miqrasiya Xidməti ilə ünsiyyətinə dair mənfi təəssüratı yoxdur.

25 may 2024-cü ildə Oqoltsov ailəsinə qovuşmaq üçün İrəvana getmək qərarına gəlib. O, Miqrasiya Xidmətinin məmuruna müraciət edib. Əvvəlcə məmur ona bildirib ki, Oqoltsov üçün Azərbaycan pasportu tezliklə hazır olacaq. Lakin yazıçı getmək istədiyini bildirib və bir həftə sonra Miqrasiya Xidməti onu Tiflis vasitəsilə İrəvana göndərib.

Oqoltsovun sözlərinə görə, Xankəndidə iki minə yaxın azərbaycanlı daimi yaşayır – bunlar polis, inşaat işçiləri, rabitəçilər, məmurlar və hər gün şəhəri süpürən kommunal xidməti işçiləridir. Şəhərdə iki supermarket fəaliyyət göstərir, son günlərdə onlar bir mağazada birləşdirilib. Ermənilər bu supermarketdən ərzaq ala bilər.

Xankəndidə hərbi hissə var, əsgərlər mağazada qarşılaşırlar. İnternetdən istifadə etmək üçün SİM-kart almaq lazımdır, amma bundan ötrü Azərbaycan vətəndaşı olmaq lazımdır, Oqoltsov dəqiqləşdirib.

O hesab edir ki, Azərbaycan Qarabağı turistlər üçün cənnətə çevirəcək, çünki dünyada ikinci belə gözəllik yoxdur.

Ermənilərin Qarabağdan çıxmasının səbəbi barədə aparıcının sualına cavab verən Oqoltsov fikirləşərək deyib ki, "adamları hər zaman sürüyə çevirmək olar".

"Qarabağda adam qalmaması azərbaycanlılar üçün gözlənilməz oldu", - Oqoltsov xatırladıb. / Turan

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR