İnsanlara hürriyət, millətlərə istiqlal!

Yavlinski prezident seçkisinə qatılmaqdan boyun qaçırdı

502 29.11.2023 17:31 Dünya A A

 

Rusiyada Qriqori Yavlinskinin liderlik etdiyi “Yabloko” partiyası prezident seçkilərində iştirak üçün imza toplamayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə partiyadakı qaynaqlar tərəfindən məlumat yayılıb.

Qeyd edək ki, Yavlinski 10 milyon imza toplayacağı halında seçkilərdə iştirak edəcəyini söyləmişdi.

Bu ilin dekabrın 9-10-da “Yabloko” Moskvada qurultayını keçirəcək. Qurultayda partiya sədrinin seçilməsi gözlənilir. Lakin  prezidentliyə namizədin müəyyənləşməsi də müzakirə oluna bilər. Partiyanın prezidentliyə daimi namizədi Qriqori Yavlinski bu dəfə öz iştirakı üçün şərt qoyub (10 milyon imza) və bu şərt yerinə yetirilməyib.

Gələn məlumatlara görə partiya yalnız Moskvada onun üçün 14 min imza toplamağa müvəffəq olub.

Rusiyanın müxalifyönlü ekspertləri Yavlinskinin bu qərarını birmənalı qarşılamayıblar. Çünki “Yabloko” Rusiyada Ukraynaya qarşı aparılan savaşa qarşı çıxan yeganə legitim siyasi qüvvə sayılırdı.

Ötən ay Qriqoi Yavlinski ilə Rusiya prezidenti Vladimir Putin arasında görüşün baş tutması isə əlavə söz-söhbətə səbəb olmuşdu.

“Düşünürəm ki, Yavlinski namizəd olmaq istəmir. Kremllə bir yerdə oynamaq açıq-aydın ayıbdır, amma əslində, onunla döyüşmək qorxuludur. Kampaniya zamanı Rusiya ordusu ciddi uğursuzluqlarla üzləşsə, belə bir namizəd ümidsiz rusların əksəriyyətinin səsini ala bilərdi”,- deyə politoloq Abbas Gallyamov  qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR