İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaşlı kişi otlaq sahəsini yandırıb qaçdı - ANBAAN VİDEO

684 07.07.2026 14:01 Hadisə A A

İstanbulun Avcılar rayonunda yaşlı bir kişi otlaq sahəsini qəsdən yandırıb.

Musavat.com xəbər verir ki, hadisə ərazidə olan vətəndaşlardan biri tərəfindən mobil telefon ilə lentə alınıb.

İddialara görə, hadisə axşam saatlarında Ambarlı qovşağı yaxınlığında baş verib. Naməlum şəxs əraziyə od vurduqdan sonra hadisə yerindən uzaqlaşıb. Alovun qısa müddətdə geniş əraziyə yayılması ətrafdakı sakinlərin narahatlığına səbəb olub.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə nəzarətə götürülərək söndürülüb.

Şübhəli şəxsin həmin sahəni yandırdığı və daha sonra uzaqlaşdığı anlar, həmçinin yanğının baş verdiyi ilk dəqiqələr mobil telefon kamerası ilə qeydə alınıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR