İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaşı ilə bağlı sual Xalq artistini əsəbiləşdirdi

933 29.05.2024 16:13 Şou-biznes A A

Xalq artisti Fatma Mahmudova verilişdə yaşının deyilməsinə əsəbiləşib. 

"Elgizlə izlə" proqramında qonaq olan aktrisaya aparıcı Elgiz Əkbər yaşı ilə bağlı sual verib. Bu isə aktrisanı özündən çıxarıb.

"Yaşımı deyən 1949-cu ildə ölənlərin yanına döşənsin. Nəyinizə lazımdır neçə yaşım var? Belə uşağam, 15 yaşım var. Sonra? Mənə dəyən zərbələr hansı bir insana dəysəydi, onlar adını da yadından çıxardardı. 1991-ci ildə Ağdam-Tiflis avtobusunda ermənilər tərəfindən bomba qoyulduğu üçün iki yerə bölünən avtobusdan salamat çıxmışam. İllərlə ağır vəziyyətdə olmuşam, yaddaşımı itirmişəm. Bu gün ikinci həyatımı yaşayıram. Bura gəlmişəm məni Fatma Mahmudova kimi təqdim edəsiniz, yoxşa yaşımı müzakirə edəsiniz? Fəhlə aktrisayam. Evdə oturmamışam, kimsə gəlsin mənə bazarlıq etsin. Evimin həm qulluqcusu, həm xanımı, həm işimin fəhləsi, həm də sənətkar olmuşam" deyə, F.Mahmudova etiraz edib. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR