İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaşar Gülər: "Ermənistan yaranan fürsəti dəyərləndirə bilmir"

327 27.11.2023 17:10 Siyasət A A

"Azərbaycan-Gürcüstan-Türkiyə arasında əlaqələr strateji əhəmiyyət kəsb edir".

Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bakıda azərbaycanlı və gürcüstanlı həmkarları ilə görüşündə deyib.

"Münasibətlərimizi inkişaf etdirmə qərarlıyıq. Qafqazda sabitliyin olması üçün çalışırıq. Azərbaycan torpaqlarını işğaldan azad edib. Region ölkələri öz problemlərini özləri həll edə bilər. Bunu beynəlxalq ictimaiyyətə göstərmək üçün İrəvan və Bakı arasında təmasları dəstəkləyirik.

""3+2" platformasının problemlərin sülh yolu ilə həll üçün yaxşı format olduğunu düşünürük. Ermənistan yaranan fürsəti lazımi səviyyədə dəyərləndirə bilmir", - nazir bildirib.

Y.Gülər söyləyib ki, Azərbaycanın NATO təlimlərində iştirakının artırılmasını istəyirlər. (Report)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR