“Yasak elma” serialının aktyoru Ceyhun Mengiroğlu barədə dələduzluq iddiaları səsləndirilib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddialara görə, Mengiroğlu əvvəlcə müxtəlif banklardan 5 milyon lirə kredit götürüb.
Bununla kifayətlənməyən aktyor kredit kartından da 1,5 milyon lirə xərcləyib. O, daha sonra "sərmayə qoyacağını" iddia edərək bazardan təxminən 10 milyon lirə borc alıb.
![]()
İddialara görə, kreditorlar o vaxtdan məşhur aktyorla əlaqə saxlaya bilmirlər. Mengiroğlu qeyd olunan ünvanda yoxdur, telefon xətti də kəsilib, ondan əsər-əlamət qalmayıb.
Kreditorların növbəti əlaqəsi onun həyat yoldaşı Sena Mengiroğlu olub. Onun telefon cavabı isə daha da çaşqınlıq yaradıb:
"Ayrıldıq. Bilmirəm Ceyhun haradadır. Bir daha mənə zəng etmə!"
Bununla belə, cütlük tez-tez Balidən fotoları sosial mediada paylaşır. Hətta iki həftə əvvəl onların birlikdə çəkdirdikləri fotoları paylaşıblar.
Könül
Musavat.com
![]()
![]()






