İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyanın Baş naziri ərəb ölkələrinə səfər edəcək

287 16.07.2023 13:10 Siyasət A A

Yaponiyanın Baş naziri Fumio Kisida Yaxın Şərqə səfər edəcək.

“Report” xəbər verir ki, o, Qətərə, Səudiyyə Ərəbistanına və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər etməyi planlaşdırır.

Kisidanın səfərləri Avropa turu başa çatdıqdan dərhal sonra planlaşdırılıb. Hər üç ölkə enerji ticarəti məsələlərində Yaponiyanın mühüm tərəfdaşıdır.

Qeyd olunub ki, yaponiyalı diplomat hər üç ölkənin rəhbər şəxsləri ilə görüşlər keçirəcək.

Müzakirə olunan əsas mövzu qaz və neft tədarükü məsələsidir. Çünki, Yaponiya təbii qazının böyük hissəsinin Qətərdən, neftinin isə 40 faizini BƏƏ-dən alır. Yaponiyanın Baş naziri hər ölkədə bir gün keçirməyi düşünür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR