İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 78-ə çatıb

371 04.01.2024 10:08 Dünya A A

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 78-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilib ki, zəlzələdən sonra itkin düşmüş 50-yə yaxın şəxsin axtarışı davam etdirilir.

Qeyd edək ki, yanvarın 1-də Yaponiyanın qərbində bir neçə güclü zəlzələ baş verib. Ümumilikdə, iki saat ərzində İşikava və Niiqata prefekturalarında 30-a yaxın yeraltı təkan qeydə alınıb, ən güclü yeraltı təkanların maqnitudası 7,6 olub. Yaponiya Meteorologiya Agentliyi zəlzələnin 1885-ci ildən bəri Noto bölgəsində baş verən ən güclü yeraltı təkan olduğunu bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR