İnsanlara hürriyət, millətlərə istiqlal!

Bill Geyts havadan və sudan kərə yağı hazırladı VİDEO

894 27.07.2024 01:36 Dünya A A

Kaliforniyada yeni növ yağ alınması üzrə startapı qazanan Savor şirkəti Bill Geytsdən maliyyə dəstəyi alıb. Startap karbon qazı və sudan kərə yağına bənzər yağ alınması metodu üzərində işləyir.

Savor termokimyəvi prosesi patentləşdirib, layihə uğurlu olarsa süd olmadan alternativ süd məhsulları və kərə yağı almaq olacaq. Onlar süni yağ molekulları ilə kəsmik, dondurma, pendir və s. ala biləcəklər. Bu məhsullar orijinal qidadan dadı və teksturuna görə fərqlənmir.

Faydaları ondan ibarətdir ki, maldarlıqdakı kimi havaya istixana və ferma qazları buraxılmır, təbiətə zərər vurulmur. Şirkət hələ ki, məhsulu bazara çıxarmağa tələsmir, rəsmi icazə tələb edilir. Amma 2025-ci ildən ilk sintez olunmuş kərə yağı və dondurma təqdim ediləcək. Bill Geyts yağın dadına baxıb və kərə yağından fərqlənmədiyini deyib.

“Onların uğuru ondadır ki, bütün yağların karbon və su atomları zəncirindən ibarət olduğunu anlayıb bu istiqamətdə getdilər.
İndi bitki, heyvan istifadə olunmadan yağ, süd hazırlamaq olacaq. Digər müsbət tərəfi qiymətinin daha sərfəli olmasıdır" - deyə Geyts bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR