İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanımızdakı təhlükə - Alimlərdən HƏYƏCAN TƏBİLİ

2099 12.11.2022 19:49 Səhiyyə A A

Kaliforniya Səhiyyə Departamenti xəbərdarlıq edib ki, radiasiya dozasını azaltmaq üçün yatmazdan əvvəl smartfonları özünüzdən ən azı bir qol uzunluğunda kənara qoymalısınız.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, alimlərin fikrincə, smartfondan istifadə onkoloji xəstəliklərin yaranmasına şərait yarada, konsentrasiya, psixi sağlamlıq və reproduktiv sistemdə problemlərə səbəb ola bilər.

“İndiyə qədər aparılan tədqiqatlar aydın bir əlaqə olduğunu sübut edə bilmsə də, hər kəs bilir ki, mobil telefon heç də zərərsiz bir cihaz deyil. Aparılan sınaqlar təhlükənin uşaqlar üçün daha çox olduğunu göstərir. Odur ki, smartfonları çarpayıdan 1-2 metr aralıda saxlamağı tövsiyə edirik. İnsanların çoxu telefonu özlərindən uzaq tutmaq üçün xəbərdarlığın olduğunu belə bilmir. Bu narahatedicidir, çünki bundan xəbəri olmayan valideynlər telefonlarını sakitcə uşaqların yanına qoyurlar”, - deyə İnsan Sağlamlığı və Ətraf Mühit Fondunun alimi qeyd edib.

Kaliforniya Səhiyyə Departamentinin alimləri vurğulayıblar ki, aşağı tezlikli radiosiqnallar uşaqların beyninə böyüklərinkinə nisbətən daha asan daxil olur və bu, beynin inkişafında zədələnmə və digər mənfiliklərlə nəticələnir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR