İnsanlara hürriyət, millətlərə istiqlal!

Yakutiyada miqrantlara sanksiya – bir çox sahələrdə çalışa bilməzlər

690 02.03.2024 12:30 Dünya A A

Yakutiyada miqrantların bir sıra sahələrdə işləmələri qadağan edilib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Yakutiyanın rəhbəri Aysen Nikolaev 2024-cü ildə miqrantların bir sıra sahələrdə işləməsini qadağan edib. Əcnəbilər avtomobil nəqliyyatı ilə taksi və yükdaşıma xidməti göstərə bilməzlər. Bundan başqa, onların emal sənayesində, tikinti, topdan və pərakəndə ticarət sektorunda, kənd və meşə təsərrüfatıında, daşınmaz əmlak alqı-satqısında, mehmanxana və iaşə obyektlərində işləmələri yasaqlanıb.

Fevralın 20-də prezident Vladimir Putinin “Yeni zamanlar üçün güclü ideyalar” forumunda Rusiyanın əmək bazarında 2,5 milyona yaxın insanın çatışmadığını deyərək, əmək miqrantlarının ölkəyə cəlb edilməsini təkmilləşdirməyə çağırdığını nəzərə alsaq, bu qərarı nəyin diktə etdiyi hələ aydın deyil.

2023-cü ilin dekabr ayının sonunda məlum olub ki, Kreml miqrantlar mövzusunda təlimatlar siyahısı hazırlayır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, miqrantlar mövzusu həqiqətən də gündəmdədir. Eyni zamanda, o, prezidentin bu məsələdə balanslı mövqeyini xatırladıb.

Bundan əvvəl Rusiyanın Tula, Çelyabinsk, Maqadan, Kaluqa və Tümen vilayətlərində də bəzi sənaye sahələrində miqrantların işləməsinə müəyyən məhdudiyyətlər qoyulduğu bildirilirdi.

Mütəxəssislərin fikrincə, məhdudiyyətlər rusiyalıların real gəlir əldə etməyə və ailələrini təmin etməyə imkan verən peşələr üzrə daha səmərəli məşğulluğu məsələləri ilə bağlıdır. Yəni yerli məmurlar istəyirlər ki, nisbətən yüngül və gəlirli işlərdə RF vətəndaşları çalışsınlar, “gəlmə”lər isə “qara işlər”də çalışsın.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR