İnsanlara hürriyət, millətlərə istiqlal!

Yağlı kökə əvəzinə yağlı şillə – “Məscidin qapısı açıq olanda...”

1890 19.08.2022 16:40 Yazarlar A A

Sən demə, hayların da qüruru, heysiyyatı varmış. “Erməni xalqı yas içində, ölkədə matəm elan olunub, Rusiya – “böyük qardaş” isə bizə nota verir. Bu ədəbsizlikdir, qeyri-etikdir”.

Kapitulyant ölkəyə məxsus saytlardan biri – Armenianreport.com bu gün beləcə də yazıb.

Azərbaycan torpaqlarının altını üstünə çevirən və buna görə zərrəcə utanc hissi keçirməyən ikiayaqlı məxluqlar, Xocalı soyqırımına imza atmış bu vandal və barbarlar, uşaq qatilləri olan vəhşi qəbilə üzvləri də ədəb-ərkandan, etikadan, mədəniyyətdən dəm vururlar!

Xatırladaq ki, söhbət İrəvandakı ticarət mərkəzində partlayışlarda guya Rusiyanın əli olması iddialarından dolayı Ermənistan XİN-ə verilən etiraz notasından gedir. Rəsmi etirazdan cəmi bir gün sonra isə Rusiya XİN təmsilçisi İvan Neçayev sanki ermənilərin acığına notaya cavab gözlədiklərini bildirmişdi. Amma görün, ona hansı reaksiyalar var.

“Neçayevin diqqətinə: Ermənistan sizin üçün Dağıstan, Çeçenistan və ya Tatarıstan deyil. Ermənistan kiminlə əməkdaşlıq edəcəyini, münasibət quracağını özü seçən müstəqil dövlətdir. Moskva ilə münasibətlər bizim üçün faydalıdırsa, onunla əlaqə saxlayacağıq. London və Vaşinqtonla sərfəli olacaqsa, onlara doğru kurs götürəcəyik. Strateji tərəfdaşlıqla bağlı bizə yol göstərmək rusların işi deyil”, - Armenianreport.com özündən razı şəkildə yazıb.

Tipik erməni sırtıqlığı yəni! Əsrlərdir ona çörək verib himayə eləmiş sahibinə asanca xəyanət edən satqın, nankor bir tayfanın nümayəndəsindən artıq nə gözləmək olar ki. Utanıb eləmədən, xəcalət-zad çəkmədən, yer yarılıb yerə girmədən Ermənistanı hələ bir müstəqil dövlət hesab edirlər! SSRİ dağılsa da bu günədək rusun “qucağından” düşməyən, xarici sərhədlərini 30 ildir rusun qoruduğu, rusun dotasiyası, ucuz qazı, ucuz işığı hesabına mövcud olan, ərazisi Rusiya hərbi bazaları ilə dolu Ermənistanı!

Zavallı və bədbəxtlər! Siz öz bayraqları olan Dağıstan, Çeçenistan və Tatarıstan qədər belə müstəqil deyilsiniz! Tatarıstan və Çeçenistan yenə heç olmasa, öz neftlərində müəyyən paya malikdir. Ermənistan isə Rusiyanın geridə qalmış, əhalisi çeçenlər və tatarlardan qat-qat pis və miskin gündə yaşayan, ucqar bir quberniyasıdır! Erməni, sadəcə, kölədir. Kölənin isə dövləti, vətəni, mənliyi və şərəfi olmaz!..

“Avqustun 4-5-dən başlayaraq Laçına alternativ yolun tikintisi ilə bağlı fəal işlərə başlanılıb. Yerli sakinlərin sözlərinə görə, ərazidə üç qrup işləyir, bura ağır texnika gətirilib. Qeyd edək ki, azərbaycanlıların “artsax”dakı son təxribatının səbəblərindən biri də Ermənistan tərəfinin imkan daxilində yolun öz hissəsinin tikintisini ləngitməsi ilə bağlı olub. Azərbaycanlılar isə nə qədər ki, dünyada xaos hökm sürür, “artsax” problemin tezliklə həlli üçün tələsirlər”.

Bu sitat isə “Qraparak” qəzetindəndir.

Hayların diqqətinə: əvvəla, Qarabağ məsələsi faktiki həll olunub. Odur ki, özünüzə boşuna təsəlli verməyin. Guya qlobal xaos bitəndən sonra vəziyyət ermənilərin xeyrinə dəyişəcək? Bəlkə 10 noyabr kapitulyasiya aktı qüvvədən düşəcək? Ya bəlkə Rusiya öz vassalına əvvəlki kimi arxa-dayaq durub ona yeni və güclü ordu qurmağa başlayacaq?

Əlbəttə ki, bunların heç biri olmayacaq. Çünki “Yağlı kökə” dövrü bitib. İndi yağlı şillələr, havayı “kökələrə” görə cavab vermək dönəmidir. Fərq eləməz, şillə şimaldan da gələ bilər, Azərbaycandan da! Necə ki gəlir. Ta ki, hay tayfası ağıllananadək.

Gerçəkdən də yaxşılıq qanmayan bu toplumun ağlı olsaydı, vəziyyəti bu yerə çardırmazdı ki. Təcili şəkildə Azərbaycan və Türkiyə ilə dostlaşar, Qarabağ erməniləri isə vaxt itirmədən vətəndaşlığımızı qəbul edər, bu iki qüdrətli qonşunun vazkeçilməz imkan və potensialından öz rifahları və xoşbəxtlikləri naminə faydalanardılar. Özü də bu imkanları ermənilərə az qala, “nimçədə” təqdim elədiyimiz bir zamanda!

Doğrudan da, “məscidin qapısı açıq olanda köpəyin yuxusu gələr...”

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR