İnsanlara hürriyət, millətlərə istiqlal!

Xristianları təhqir edən dağıstanlı bloqer Moskvada saxlanılıb

658 18.07.2024 11:03 Dünya A A

Rusiya Federasiyası Dövlət Dumasının deputatları və Rus Pravoslav Kilsəsinin nümayəndələri hüquq-mühafizə orqanlarını canlı yayımda xristian xaçını tapdalayan dağıstanlı videobloqeri cəzalandırmağa çağırıblar.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, iyulun 17-də yayımlanan qalmaqallı yayımın müəllifi saxlanılıb.

Dağıstanlı strimer (canlı olaraq video məzmun yayımlayan bloqer) Xavər Yarmaqomedovun xristianlıq əleyhinə hərəkətini azı 300 nəfər izləyib. Yayım zamanı o, taxta xaçı tapdalayaraq tüpürüb, hərəkətlərini nalayiq ifadələrlə müşayiət edib. Daha sonra o, üzr istəyib və hərəkətini bununla izah edib ki, guya onu xristianların özləri vəhşiliyə təhrik ediblər və bu yolla “özünü müdafiə edib”. Yarmaqomedov özünü konkret nədən müdafiə etdiyini açıqlamayıb.

Çərşənbə günü bloqer saxlanılıb və ona qarşı dindarların hisslərini təhqir etdiyinə görə cinayət işi qaldırılıb. “İstintaq idarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 148-ci (vicdan və din azadlığı hüququnun pozulması) maddəsi ilə cinayət işi açıb. İstintaqın məlumatına görə, müttəhim 2024-cü il iyulun 12-də Moskva şəhəri ərazisində olarkən xristian xaçını tapdalayıb. Eyni zamanda o, internet portalında canlı yayımlanan hərəkətlərini videoya çəkib. Beləliklə, şübhəli şəxs dini hissləri təhqir etmək məqsədilə ictimai hərəkətlər edib”, - Moskva İstintaq Komitəsi izahat verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR