İnsanlara hürriyət, millətlərə istiqlal!

Xorvatiya millisi bürünc medal qazandı - YENİLƏNİB

1988 17.12.2022 20:58 İdman A A

Qətərdə keçirilən dünya çempionatında bürünc medal qazanan komanda bəlli olub.

Üçüncü yer uğrunda oyunda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gəliblər.

Qarşılaşma Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. "Damalılar"ın qollarını 7-ci dəqiqədə Yosko Qvardiol, 42-ci dəqiqədə Mislav Orşiç vurub. Afrikalıların heyətində Əşrəf Dari 9-cu dəqiqədə fərqlənib.

Beləliklə, Xorvatiya seçməsi tarixində ikinci dəfə mundialın bürünc medalına sahib çıxıb. Milli 1998-ci ildə də eyni uğura imza atmışdı.

Qeyd edək ki, DÇ-2022-nin finalında Argentina və Fransa yığmaları üz-üzə gələcəklər. Dekabrın 18-də oynanılacaq matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyunda ikinci hissə start götürüb. 

Avropa təmsilçisi hazırda 2:1 hesabı ilə öndədir. 

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyunda ilk hissə başa çatıb. 

Avropa təmsilçisi fasiləyə öndə yollanıb - 2:1. 

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyunda ikinci qol vurulub. 

9-cu dəqiqədə Afrika təmsilçisi hesabı bərabərləşdirib. 

Mərakeş millisinin heyətində Əşrəf Dari fərqlənib. 

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyunda hesab açılıb.

Musavat.com-un "Report"a istinadla məlumatına görə, 7-ci dəqiqədə Yosko Qvardiol Avropa təmsilçisini hesabda önə keçirib.

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyun başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR