İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocavənddə atəşi kim açıb?

1340 14.03.2023 22:38 Son xəbər A A

Xocavənd rayonunda atəşkəs rejiminin pozulması qeydə alınıb.

Musavat.com bildirir ki, bu barədə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin martın 14-nə olan məlumat bülletenində məlumat verilib. Lakin atəş açan separatçılardan bu dəfə də bəhs olunmur.

“Ölən və yaralanan yoxdur. Faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birgə araşdırma aparır”-məlumatda qeyd olunub. Bildirilir ki, Ağdərə, Xocavənd və Şuşa “rayonlarında” üç marşrut üzrə patrul xidməti həyata keçirilib.

Bildirilir ki, Rusiya sülhməramlı kontingentinin İrəvan-Gorus-Xankəndi marşrutu üzrə humanitar yüklərlə birlikdə iki avtomobil kolonu hərəkət edib.

“Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”, - RMK-nın bəyanatında deyilir.

Rusiya hərbi kontingenti növbəti dəfə Azərbaycanın inzibati ərazi bölgüsünə zidd davranaraq, “Dağlıq Qarabağ” yarlığından, həmçinin “Stepanakert”, “Mardakert”, “Martuni” kimi əcaib adlardan istifadə edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR