İnsanlara hürriyət, millətlərə istiqlal!

Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər

1501 20.05.2024 05:26 Son xəbər A A

İranın xilasetmə briqadaları göyərtəsində Prezident İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı yerə doğru irəliləyiblər.

Bubarədə İranın “Press TV” agentliyi məlumat yayıb.

"Xilasetmə qrupları göyərtəsində İran Prezidenti Rəisinin olduğu helikopterin qəzaya uğradığı əraziyə doğru hərəkət edir", - xəbərdə deyilir.

Daha əvvəl bildirilib ki, Türkiyənin “Bayraktar Akinci” PUA-sı İbrahim Rəisini daşıyan helikopterin dağıntıları ola biləcəyi ehtimal edilən "istilik mənbəyi" tapıb.

“Anadolu” agentliyi bildirib ki, Türkiyə tərəfi qəzanın ehtimal olunan yerinin koordinatlarını İran hakimiyyətinə təqdim edib.

“Press TV”nin məlumatına görə, dağıntıların mümkün aşkarlanması barədə məlumatı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) təsdiqləyib.//Report

***

Türkiyə pilotsuz təyyarəsi tərəfindən müəyyən edilmiş əraziyə gedən xilasetmə qrupları qəzaya uğramış helikopterin qalıqlarının heç bir izinə rast gəlməyib.

Bu barədə Fars xəbər agentliyi məlumat yayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR