İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərdə ata və oğlu boğuldu

1127 18.07.2022 17:14 Hadisə A A

Türkiyənin iki vətəndaşı Xəzər dənizində boğulub.

Lent.az xəbər verir ki, hadisə iyulun 16-da İranın Mazandaran əyalətinin Ramsər şəhərindəki çimərlikdə baş verib. Belə ki, üzmək üçün dənizə girən 5 nəfərlik ailənin iki üzvü çimərkən boğulub. Onların Türkiyə vətəndaşı olduğu bildirilib.

Xilasedicilərin səylərinə baxmayaraq, L.S adlı 45 yaşlı kişi və onun 10 yaşlı oğlu İ.S dünyasını dəyişib. Ailənin daha üç üzvü isə xilas edilib.

Qeyd edək ki, Türkiyənin Tehrandakı səfirliyi hadisəni və ailənin sağ qalan digər üzvlərinin vəziyyətini nəzarətdə saxladığını bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR