İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzər dənizindəki zəlzələ Azərbaycana necə təsir edəcək? - RƏSMİ AÇIQLAMA

4130 18.07.2023 19:00 Hadisə A A

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Xəzərdə baş verən zəlzələ ilə bağlı açıqlama yayıb.

Musavat.com Mərkəzə istinadən xəbər verir ki, açıqlamada deyilir:

"Bu gün Xəzər dənizində baş verən zəlzələlərin (Dağıstan ərazisi və Türkmənistanla sərhəddə) Azərbaycana heç bir təsiri yoxdur və olması da mümkün deyil. Odur ki, sosial şəbəkələrdə yayılan məlumatların heç bir əsası yoxdur".

***

Bu gün Xəzər dənizində daha bir zəlzələ olub.

Bu barədə Musavat.com-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 13:19-da Xəzər dənizində (Dağıstan ərazisində) zəlzələ qeydə alınıb.

Maqnitudası 3.3 olan zəlzələ ocağının dərinliyi 66 km olub.

***

Xəzər dənizində zəlzələ olub.

Musavat.com bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Mərkəzdən bildirilib ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:31-də Xəzər dənizində (Türkmənistan ilə sərhəddə) zəlzələ qeydə alınıb.

Maqnitudası 3.5 olan zəlzələ ocağının dərinliyi 63 km olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR