İnsanlara hürriyət, millətlərə istiqlal!

"Xəstəxanada olarkən halallaşmışdıq" - Elgiz AĞLADI VİDEO

1279 21.04.2024 12:59 Gündəm A A

"Biz Cavanşir Məmmədovla eynik vaxtda koronavirusa yoluxmuşduq. Pandemiyanın ən kritik vaxtında xəstələnmişdik, ikimiz də xəstəxanaya düşdük. Həmin ərəfədə xəstəxanalarda yer də yox idi. Cavanşir müəllim Fatmayı tərəfdə xətəxanada idi, çox uzağa düşmüşdü. Mən isə Musa Nağıyeva adına xəstəxanada idim".

Bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində ötən gün vəfat edən mərhum sənətçi Cavanşir Məmmədovla bağlı danışarkən deyib.

Göz yaşlarını saxlaya bilməyən aparıcı xəstəxanada olduqları müddət ərzində bir-birinə halallıq verdiklərini bildirib:

"Üç gün sonra zəng eləmişdi, soruşdu ki, vəziyyət necədir? Dedim, çox pisəm, nəfəs ala bilmirəm. Cavab verdi ki, "Mən də o vəziyyətdəyəm, gəl, halallaşaq". Soruşdum ki, sizə nə böyük yaxşılığım dəyib ki, halallaşaq? Siz mənə halallıq verin ki, toyumda 25 nəfərlik ansamblla iştirak etmişdiniz, bir qəpik də məndən pul almadınız, hələ toyuma pul da yazdırdınız. Mən sizdən halallıq istəyirəm. Dedi ki, "Nə danışırsan? 20 ildir televiziyadasan, həmişə məni verilişlərinə dəvət etmisən. Sağ qalsaq, bunu qeyd edərik". Allahın bizə yazığı gəldi, sağ qaldıq. Amma bu gün Cavanşir müəllimi itirdik, demək ki, iki il ömrü qalıbmış".

Qeyd edək ki, C.Məmmədov ötən gün 70 yaşında ürəktutmasından vəfat edib. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR