İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərçəngin səhər saatlarında ortaya çıxan 4 əlaməti

3057 23.04.2023 02:40 Səhiyyə A A

Erkən mərhələlərdə onkologiya nəzərə çarpmır və xəstədə ağrı, narahatlıq yaratmır. Buna görə də xərçəngə çox vaxt sonrakı mərhələlərdə rast gəlinir.

Publika.az xəbər verir ki, rusiyalı onkoloq Andrey Vorobyovun sözlərinə görə, ağciyər xərçənginin bir neçə əlaməti var ki, onlar səhər saatlarında müşahidə olunur.

Həkim qeyd edib ki, əlamətlər müşahidə olunarsa, vaxtında mütəxəssislərə müraciət edilməlidir.

Məlum olub ki, soyuq tərlə oyanmaq ağciyər xərçənginin ilkin əlamətlərindən biridir. Əlamətlər arasında 3 həftədən çox davam edən şiddələtli öskürək də var. Yorğunluq, gücsüzlük əlamətləri də var.

“Digər əlamətlər də var. Bunlara daxildir: yorğunluq, səbəbi bilinməyən qanaxma və ya göyərmə, səbəbsiz ağrı, ağır kilo itkisi, qeyri-adi şiş və ya hər hansı bir yerdə şişkinlik”, - onkoloq vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR