İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərçəngdən vəfat edən aktrisanın SON XOŞBƏXT FOTOSU

1202 31.05.2024 17:28 Dünya A A

Dünən tanınmış rusiyalı aktrisa və televiziya aparıcısı Anastasiya Zavorotnyuk (1971-2024) vəfat edib.

"Moya Prekrasnaya Nyanya" ("Mənim möhtəşəm dayəm") serialındakı Vika roluna görə tanınan aktrisanın ölümü həm Rusiya, dəm də digər ölkələrdə böyük hüznlə qarşılanıb.

2019-cu ilin yazında ictimaiyyət, deyəsən, sonuncu dəfə xoşbəxt Anastasiya Zavorotnyuku görüb. Sonradan aktrisada dəhşətli bir xəstəlik - beyin xərçəngi aşkarlanıb.

Anastasiya Zavorotnyuk bundan sonra ictimaiyyət qarşısına çıxmağı dayandırıb və tamamilə xəstəliyinə diqqət ayırıb. Bütün səylərinə baxmayaraq, 53 yaşlı sənətçi həyatını itirib.

Sənətçinin xoşbəxt anları "Samыe SLIVki" teleqram kanalında yayımlanıb. Paylaşılan fotolar arasında Anastasiya Zavorotnyuk kiçik qızı Mila ilə birlikdə poz verib.

Qeyd edək ki, aktrisa körpəni fiqurçu Pyotr Çernışevdən dünyaya gətirmişdi. Xoşbəxt valideynləri "Odnajdı" adlı televiziya proqramının çəkiliş qrupu çəkmişdi./baku.ws

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR