İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərçəngdən sağalan tanınmış azərbaycanlı aparıcı: “İşə qayıtmışam, amma...” - VİDEO

1641 02.03.2024 17:48 Ölkə A A

Xərçəng xəstəliyinə qalib gələn tanınmış telejurnalist Afət Rahilqızı səhhəti ilə bağlı Musavat.com-a açıqlama verib.

afet.jpg (185 KB)

Aparıcı bildirib ki, özünü yaxşı hiss edir:

“Zənginiz üçün təşəkkür edirəm. Analizin cavabı çıxdı. Sözün düzü, kimyaterapiyadan qorxurdum. Konsilium oldu, qərara gəldilər ki, kimyaterapiyaya ehtiyac yoxdur. Dərman və şüa yazıblar. 3 aydan bir isə yoxlanış olacaq. Şükrlər olsun, etdiyim dualar qəbul oldu. 4-cü gündən işə qayıtmışam. Ancaq hələ ki, anonslara, qonaqlara kömək edirəm. Passiv otura bilmərəm”.

Qeyd edək ki, Afət Rahilqızı ilk dəfə yaşadığı çətin dövr haqda efirdə danışıb.

Aytən Novruz
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR