İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricdən verilən pullarla patriot olan– Marin Le Penin qaranlıq işləri

1533 21.05.2022 13:54 Gündəm A A

Qərbin bəzi dairələri və bir sıra siyasətçiləri demokratiya, ədalət, milli maraqlar pərdəsi altında gizlənsələr də, onların keçmişi, cari fəaliyyəti satqınlığın, riyakarlığın nümunəsi hesab olunur. Onlar bunu praqmatizm hesab etsələr də, çılpaq həqiqət bundan ibarətdir.

Bu şəxslər asanlıqla müxtəlif maliyyə mənbələri ilə razılaşmaya gedir, öz dövlətlərinin, xalqlarının maraqlarını tapdaq altına atır, sifarişlə ayrı-ayrı ölkələrə və xalqlara qarşı iş aparırlar. Bu xüsusda xeyli hər kəsə bəlli faktlar var.

Qərbin Rusiya ilə qarşıdurması hazırkı dövrdə də bu siyasətçilər rusiyapərəst siyasət yürüdür, açıq şəkildə mövqe nümayiş etdirirlər. Onlardan biri də Marin Le Pendir. 

Fransanın “Milli birlik” partiyasının sədri, 2022-ci ildə prezidentliyə namizədliyini irəli sürmüş, lakin məğlub olmuş Mari Le Pen 2014-cü ildə Rusiya banklarından 11 milyon avro məbləğində kredit götürüb. 9.4 milyon avro məbləğində ilk kredit partiya sədrinə Kremllə əlaqəsi olduğu bildirilən Birinci Çex-Rusiya bankı tərəfindən verilib.

2016-cı ildə bank müflis olduqdan sonra onun Le Penin borcu Moskva kənarında avtomobillərin kirayəsi ilə məşğul olan “Konti” şirkətinə satılıb. Sonuncu isə həmin borcu “Avtozapçast” adlanan daha böyük şirkətə satıb.

2019-cu ilin dekabrında “Aviozapçast” şirkəti Le Peni məhkəməyə verərək ondan borcu qaytarmağı tələb edib. Bununla bağlı məlumat mediaya 2020-ci ilin fevralında sızıb.

22.jpg (30 KB)

Moskva Arbitraj Məhkəməsinin 2020-ci il iyunun 3-də verdiyi qərara əsasən, Le Pen 3 milyon avro məbləğində ilk tranşı iyunun 6-da qaytarmalı idi. Daha sonra borc hissə-hissə 2028-ci ilə kimi bitirilməliydi.

Çox maraqlıdır, görəsən Rusiya bankı fransalı “millətçi” siyasətçiyə niyə bu qədər böyük kredit verir, daha sonra isə onun ödənilməsini 2028-ci ilə kimi uzadır?

Ukraynada müharibə gedən zaman debatlarda çıxış edən Le Penin fikirləri məsələnin mahiyyətinə aydınlıq gətirmək üçün ciddi əsaslar yaradır.

Le Pen uzun illər Rusiyanın Avropadakı müttəfiqlərindən biri kimi tanınıb. 2017-ci il seçkiləri ərəfəsində, o, deyirdi ki, Krımın anneksiyasına inanmır, “referendum oldu, Krımın sakinləri Rusiyaya birləşmək istədilər”. 2016-cı ildə BBC-yə müsahibəsində isə Fransa ultrasağçılarının lideri deyirdi ki, Vladimir Putinin idarəçilik stilini ağıllı proteksionizm hesab edir, Putin “öz ölkəninin maraqlarını, onun identikliyini müdafiə edir”.

111.JPG (72 KB)

Təsadüfi feyil ki, 2022-ci ildə keçirilən prezident seçkilərində Emmanuel Makron teledebatda 9 milyonluq kredit məsələsini xatırladaraq, Le Peni Rusiya hakimiyyətindən və Putindən asılılqda ittiham edib: “Rusiya haqqında danışanda, siz öz bankiriniz haqqında danışırsınız. Sizin bir çox hərəkətlərinizi bu asılılıqla izah etmək olar”.

Le Pen isə bəsit formada Rusiya bankından borc götürməsini “azad qadın olması” və heç bir fransız bankının ona kredit verməməsi ilə əsaslandırmağa çalışdı.

Məlumata görə, Le Pen Rusiya bankından krediti Avroparlamentin deputatı Jan-Lük Şafhauzerin vasitəçiliyi ilə götürüb. Əvvəlkə kreditin Abu-Dabi banklarından götürülməsi planlaşdırılıb, lakin bu, alınmayıb. İranla bağlı ikinci variantdan da Le Pen özü imtina edib. Lakin partiya sədri Rusiya variantından çox asanlıqla istifadə edib.

333.jpg (91 KB)

Rusiyanın Marin Le Pendən öz maraqları üçün istifadə etməsinə dair də faktlar var. Bu, Rusiyanın “Şaltay-Baltay” xaker qrupunun Kremldən olan məmurla Rusiya deputatı arasında olan telefon danışığını internetə buraxdıqdan sonra daha aydın göründü. Danışıqdan aydın olur ki, onlar Marin Le Penin Krıma səfərinin və referendumda müşahidəçi kimi iştirak etməsinin mümkünlüyünü müzakirə ediblər. Marin Le Pen Krıma getmədi, amma yarımadanın Rusiya tərəfindən anneksiyasını dəstəklədi. Çünki məmurlardan birinin göndərdiyi SMS-də deyilirdi ki, Le Pen onları pis vəziyyətdə qoymadı və əlaqvə olunurdu ki, “tərəfimizdən fransızlara bir respekt etmək lazımdır... Bu, mühümdür”.

Bir çoxları əmindir ki, Rusiya bankı tərəfindən Le Penin partiyasına 9 milyonluq kredit ayrılması onun Krımın anneksiyasına dəstəyinə görə minnətdarlıq idi. Vaxtilə Rusiyanın Baş naziri olmuş Mixail Kasyanov da bu fikirdədir ki, “kredit Kreml tərəfindən sanksiyalaşdırılıb”. Jan-Mari Le Pen deyirdi ki, Putin onun yox, Marinin dostudur: “Mən onunla görüşməmişəm. Onunla Marin görüşüb”.

İsmayıl Həsənli

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR