İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricdə təhsil alan tələbə bu halda proqramdan kənarlaşdırıla bilər

1090 09.09.2022 11:58 Təhsil A A

Dövlət proqramı çərçivəsində xaricə təhsil almağa gedən tələbə hansı halda proqramdan kənarlaşdırıla bilər?

Musavat.com-un xəbərinə görə, "2019-2023 Dövlət Proqramı" İdarəetmə Qrupunun rəhbəri Turan Topalova "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı məsələyə aydınlıq gətirərək bildirib:

"Proqram boyunca tələbənin təhsilə necə yanaşması ilə bağlı illik monitorinq həyata keçirilir. Monitorinq elmi rəhbərin rəyi əsasında yekunlaşır. Əgər rəy müsbət deyilsə, tələbə proqramdan uzaqlaşdırılmır, yalnız bir illik ödənişi dayandırılır. Belə hal ikinci dəfə təkrar olarsa, həmin şəxs proqramdan kənarlaşdırılır".

Turan Topalova qeyd edib ki, hələ ki, bu günə qədər bu cür təcrübə yaşanmayıb.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR