İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidəki separatçı dəstələr Ermənistana göndərildi - Şok iddia

2119 29.09.2022 17:45 Region A A

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xankəndi və ətrafındakı separatçı dəstələrin Ermənistana göndərildiyi iddia olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

İddiaya görə, Ermənistan-Azərbaycan sərhədindəki son gərginlikdən sonra separatçı dəstələr Cermuxa (Dərələyəz) göndərilib.

Silahlı separatçıların Ermənistan sərhədlərinin müdafiəsi məqsədilə ora gəldikləri bildirilir.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyan isə mətbuata açıqlamasında bunun həqiqətə uyğun olmadığını deyib.

Bundan əlavə, Torosyan qeyd edib ki, hazırda sərhəddə heç bir dəyişiklik yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR