İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə bu gün hansı qərar veriləcək? – Separatçıların hücum planı Elçin Alıoğlu ilə CANLIda

1003 21.07.2023 11:34 Son xəbər A A

Qarabağdakı separatçı rejimin qondarma “parlamenti” bu gün “növbədənkənar” iclas keçirəcək.

Ermənistan mediası xəbər verir ki, qondarma “parlamentin” bugünkü iclasda Qarabağdakı hadisələrə təsir edəcək ciddi qərarların qəbul olunacağı gözlənilir.

Detallar açıqlanmır, lakin müəyyən “dönüş”lərin olacağı deyilir. Qondarma “parlamentin” qondarma “xarici əlaqələr komitəsinin sədri”, daşnak Vahram Balayan iclasın keçiriləcəyini və ciddi hadisələrin olacağını təsdiqləyib, lakin o da detalları açıqlamayıb.

“Sabah hər şeyi öyrənəcəksiniz” – deyə Balayan dünən “aravot” saytına açıqlamasında bildirib.

Balayan separatçıların “başçısı” Araik Arutyunyanın “bir həftə vaxt verməsi və sərt tədbirlərə əl atılması” haqda açıqlamasından da danışıb. Jurnalistin “bu hansı addımlar ola bilər” sualına cavabında Balayan bildirib ki, bəzi proseslər gözə dəyməyə bilər, bəzi şeyləri gözləmək məcburiyyətindəyik.

Və bununla separatçıların gizli hazırlıq içində olduğunu da etiraf edib. Araik “sərt tədbirlərin” qondarma “artsax”dan kənarda, yəni Azərbaycan ordusunun dayandığı ərazilərdə də atılacağını iddia etmişdi. Qondarma “dövlət naziri” Qurgen Nersisyan isə bu addımların bir həftədən daha tez atıla biləcəyini deyib. Məlumatlar deməyə əsas verir ki, separatçılar “dönüş” adlandırdıqları addımları bu gün atmağa hazırlaşır. Bu addımların ordumuza qarşı təxribat ola biləcəyi istisna edilməməlidir.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasi ekspert Elçin Alıoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/TVmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR