İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobillərinin hərəkətinə maneə yoxdur

754 12.02.2023 17:00 Qarabağ xəbərləri A A

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 16 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Musavat.com "Report"a istinadən xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 15 təchizat və 1 evakuasiya avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət ediblər.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 22-yə çatıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR