İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi-Laçın yolunda sülhməramlıların 15 avtomobili maneəsiz hərəkət edib

926 05.03.2023 11:10 Qarabağ xəbərləri A A

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 11 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 1 minik, 10 yük avtomobili Xankəndindən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 15-ə çatıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR