İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi ilə bağlı yaydığı XƏBƏR başına bəla oldu 

1844 16.10.2023 15:34 Region A A

Ermənistanda müxalif “Ədalət” fraksiyasının rəhbəri David Qalstyan jurnalist Tatul Akopyanı böhtana görə məhkəməyə verəcək.

Musavat.com-un xəbərinə görə, “Bu şəxs bir erməninin Xankəndiyə komendant təyin edilməsi ilə bağlı dezinformasiya yaymışdı, biz isə bunu təkzib etdik və dedik ki, belə adamlar Türkiyə-Azərbaycan birliyinin dəyirmanına su tökürlər. Təəssüf ki, bu dezinformasiya mediada sürətlə yayıldı. Yaxın günlərdə həmin böhtana görə Tatul Akopyana qarşı iddia qaldırılacaq”, - deyə David Qalstyan bildirib.

Xatırladaq ki, oktyabrın 3-də jurnalist Tatul Akopyan öz feysbuk səhifəsində “Şuşa Avan Plaza” mehmanxanasının keçmiş direktoru Sarkis Qalstyanın Azərbaycan tərəfindən Xankəndiyə komendant təyin edildiyi barədə məlumat vermişdi.

Bu dezinformasiya təkcə Ermənistanda deyil, həm də Azərbaycan mətbuatında yayılıb. Dünən isə Azərbaycan Prezidenti İlham Əliyev rəsmən polis general-mayoru Sərdar Səfərovu Xankəndiyə komendant təyin edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR