İnsanlara hürriyət, millətlərə istiqlal!

Xameneidən SON DƏQİQƏ AÇIQLAMALARI: “İmzası tamam dəyərsizdir”

1070 18.07.2026 21:47 Dünya A A

İranın ali dini lideri Müctəba Xamenei ABŞ ilə bağlı sərt açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Xamenei xalqa müraciətində bildirib:

“ABŞ hökumətinin İranla imzalanan razılaşmaları pozması Donald Trampın imzasının tamamilə dəyərsiz və etibardan məhrum olduğunu göstərir”.

Müctəba Xamenei qeyd edib ki, Vaşinqtonun bu addımları gələcəkdə iki ölkə arasında imzalana biləcək anlaşma memorandumlarına olan etimadı ciddi şəkildə azaldır:

“Hədə-qorxu ABŞ doktrinasının və fəaliyyət tərzinin ayrılmaz tərkib hissəsidir”.

Xameneinin fikrincə, ABŞ müharibəni qızışdırmağa çalışır.

O, İranın maraqlarının qorunmasını təmin etmək üçün bundan sonra da fəaliyyət göstərəcəyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR