İranın ali rəhbəri Müctəba Xamenei müsəlmanların Qədir-Xum bayramı münasibətilə 2000 məhbus üçün amnistiya elan edib.
Musavat.com xəbər verir ki, müvafiq qərar ölkənin məhkəmə hakimiyyəti rəhbərinin müraciətindən sonra qəbul olunub.
Xameneinin mətbuat xidmətinin yaydığı məlumata görə, əfv və ya cəzanın yüngülləşdirilməsi qərarı iki min məhkuma şamil olunacaq.
Mətbuat xidmətinin "Telegram" kanalında dərc olunan bəyanatda deyilir: "Ali rəhbər ayətullah Müctəba Xamenei Qədir-Xum bayramı münasibətilə məhkəmə hakimiyyəti rəhbərinin 2 min məhkumun əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsi ilə bağlı xahişini təmin edib".
Musavat.com






