İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünənki döyüşdə Rafael Fiziyev 100 min dollar qazanıb

1040 28.06.2026 12:13 Dünya A A

Bakıda keçirilən "UFC Fight Night Baku" turnirinin bonus qalibləri açıqlanıb.

Bildirilib ki, "Gecənin performansı" nominasiyasında Rafael Fiziyev, Asu Almabayev, Abdul Rahman Yahyayev və Daniil Donçenko fərqləniblər.

Hər dörd döyüşçüyə uğurlu çıxışlarına görə 100 min ABŞ dolları məbləğində mükafat təqdim olunub.

Bundan başqa, görüşünü vaxtından əvvəl qələbə ilə başa vuran, lakin "Gecənin performansı" bonusuna layiq görülməyən hər bir idmançıya əlavə olaraq 25 min ABŞ dolları məbləğində bonus verilib./milli.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR