Bir vaxtlar İtaliyanın müstəmləkəsi olan Eritreya əhalisini yarısı islamı qəbul edir; müstəqilliyi dövründə Eritreya bütün qonşuları ilə müharibə edib, amma heç biirində qalib gəlməyib - bəs Azərbaycanla problemləri nə?
Azərbaycana aid "Caspian Marine Services B.V.” şirkətinin 3 gəmisi və heyətini girov götürən Eriteriyaya rəsmi Bakı nota versə də, hələ ki, bu məsələdə heç bir irəliləyiş yoxdur. Azərbaycan XİN-in məlumatında vurğulanıb ki, zəruri tədbirlərin görülməsi məqsədilə Eritreyanın ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Azərbaycanın Efiopiya və Rusiyadakı səfirlikləri vasitəsilə qarşı tərəfə çatdırılıb. Bundan başqa, Eritreya Xarici İşlər Nazirliyində, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib.
Bəzi iddialarda deyilir ki, Azərbaycan gəmisinin və onun heyətinin “əsir götürməsinin arxasından” İran-Eritreya səmimi münasibətləri dura bilər. Çünki Eritreya beynəlxalq platformalarda hər zaman İranın mövqeyini bölüşür. Eritreyaya Fransanın təsiri olduğu da gələn xəbərlər sırasındadır.
Bəs, bu ölkə haqqında nə bilirik? Musavat.com Eriteriya haqda ən ilginc məlumatları oxuculara təqdim edir.
***
Şimal-şərqi Afrika ölkəsi 121.100 km² ərazini əhatə edir və Sudan və Efiopiya ilə həmsərhəddir. Eritreya əhalisini təxminən 5 milyon nəfərdir, əhalinin yarısı islamı, yarısı xristianlığı qəbul edir. Rəsmi dillər tiqrin və ərəb dilləridir. Şimal-Şərqi Afrikanın paytaxtı və ən rahat və gözəl şəhərlərindən biri, təxminən 650 min sakini olan Asmaradır.Ərazinin çox hissəsini Efiopiya dağlıqları tutur. Dəniz sahili boyu yarımsəhra və savannalar zonası var. Ən yüksək nöqtəsi Soira dağıdır (2989 m). Təbii ehtiyatlarına qızıl, dəmir, kalium duzu, maqnezium, mərmər, mis, xörək duzu, kalium və sink daxildir.
Eritreyanın qüvvədə olan konstitusiya 24 may 1997-ci ildə qəbul edilib. Dövlət başçısı və silahlı qüvvələrin ali komandanı keçid parlamenti (Milli Assambleya) tərəfindən seçilən prezidentdir. Qanunvericilik hakimiyyəti parlamentə məxsusdur (150 yer), onun deputatlarından 75-i hakim Demokratiya və Ədalət Uğrunda Xalq Cəbhəsi (PFDJ) partiyasının Mərkəzi Komitəsinin üzvləri, 15-i isə Eritreya diasporunun nümayəndələridir. Eritreya dünyanın ən kasıb ölkələrindən biridir. İqtisadiyyatı kənd təsərrüfatı sektoruna əsaslanır. Kənd təsərrüfatı sektorunda əhalinin 80%-i çalışır.
İtaliya müstəmləkəsindən partizan müharibəsinə...
“Eritreya” adlı tarixi dövlət heç vaxt olmayıb. Eritreya əhalisi 2/3-i Efiopiyada yaşayan semit xalqıdır və onların qohumlarıdır. "Eritreya" adını 1885-ci ildə Berlin konfransından sonra Afrika Avropa ölkələri arasında bölüşdürüləndə italiyalılar da Qırmızı dənizin sahillərində ələ keçirdikləri bu torpaqlara qırmızı mənasını verən "Eritreya" adını verdilər. İtaliyanın başqa koloniyaları, məsələn, Liviya və Somalidən fərqli olaraq Eritreya müstəmləkəyə qarşı heç bir müqavimət göstərmirdi.
İtaliyalılar da borclu qalmadılar, koloniyada nəhəng tikinti layihəsinə başladılar. Əsmərə kəndi “Art Deco üslubunda müasir şəhərə” çevrildi və bu gün də belə qalır (2017-ci ildə “YUNESKO-nun Ümumdünya Şəhər İrsi Saytı” elan edilib) . 1930-cu illərdə Əsməra Mussolini hökumətinin heç bir xərcini əsirgəmədiyi İtaliya memarlıq əsərinə çevrildi. 1936-cı ildə Əsmərə Romadan daha geniş bulvarları və parkları vardı. 1939-cu ildə Eritreyada yağ, makaron, tikinti materialları, dəri, tekstil və tütün məmulatları istehsal edən 2198 fabrik fəaliyyət göstərirdi. Onlar on minlərlə Eritreyalını işlə təmin etdilər. Müasir plantasiyalar meydana çıxdı, burada iş texnikanın köməyi ilə aparıldı. Yerli əhalinin hüquqları irqi qanunlarla məhdudlaşdırılsa da, Eritreyada onlar üçün təhsil və səhiyyə xidməti mövcud idi.
Eriteriyalılar Afrikada İtaliya ordusunun əhəmiyyətli hissəsini təşkil edirdilər və askarilər adlanlan bu birkliklər əla döyüş keyfiyyətləri ilə seçilirdilər. İkinci Dünya müharibəsi zamanı və ondan sonra Eritreya askariləri partizan dəstələri kimi də fəlaiyyət göstərdi. Partizanlara sonradan müstəqil Eritreyanın milli qəhrəmanı olmuş zabit Həmid İdris Avate komandirlik edirdi.
İkinci Dünya müharibəsindən sonra BMT uzun müddət keçmiş İtaliya koloniyasının taleyini həll edə bilmədi. Sovet İttifaqı bura öz nəzarətinə iddialı idi, eritreyalıların özləri isə müstəqillik tələb edirdilər. 1952-ci ildə BMT dil və mədəniyyət baxımından yaxın olan Efiopiyanın Eriteriya üzərində iddialarının əsaslılığını tanıdı. BMT Eritreanın Efiopiya monarxiyasının bir hissəsi olmadığını, lakin Efiopiya ilə federasiya qurmaqda, amma öz hökuməti və parlamenti, ayrıca hüquq sistemi və konstitusiyaya malik olmasında israr edirdi.
Eritreyalılar dünyanın ən geridə qalmış və kasıb ölkələrindən biri olan Efiopiya xalqından daha yüksək həyat standartlarına öyrəşmişdilər. Efiopiya mütləq monarxiya idi, miafizit xristianlığı hakim din elan olunmuşdu. Ölkənin ucqar bölgələrində köləlik qaldı, Eritreyada isə köləlik yox idi, feodalizm 1942-ci ildə ləğv edilmişdi və dini konfessiyalar bərabər hüquqa malik idi.
Monarxik (və son dərəcə arxaik) Efiopiya ilə nisbətən qərbləşmiş Eritreyanın federasiyada birləşməsini mümkünsüz edirdi. Eriteriya İmperatoru Haile Selassi Eritreyanı Efiopiyanın bir əyalətinə çevirməyə çalışdı. Müstəqillik tərəfdarları təqib edildi, Eritreyaya aid qurumlar və milli bayrağı qadağan edildi. Eritreyalıların danışmadığı Amharanı dövlət dili elan etdi. Eritreyalıların etirazlarına təkcə imperiya hökuməti deyil, həm də BMT məhəl qoymadı.
İmperator federal müqaviləni kobud şəkildə pozduqdan sonra Misirdə bir qrup eritreyalı Eritreya Azadlıq Hərəkatını yaratdı. Onun lideri keçmiş askari zabiti və italyan tərəfdarı partizan hərəkatının üzvü Həmid İdris oldu.
Misirdən qayıtdıqdan sonra veteran askarilərdən ibarət olan gizli strukturlarını yaratmağa başladılar. Hərəkat Efiopiya hakimiyyəti tərəfindən ayrı-seçkiliyə məruz qalan müsəlmanlar tərəfindən ciddi dəstək aldı. 1960-cı ildə hərəkat Eritreya Azadlıq Cəbhəsinə (ELF) çevrildi və silahlı müstəqillik üçün silahlı mübarizə seçildi.
4 il ölümü gizlədilən Həmid İdris
1961-ci ilin avqustunda Həmid İdrisin başçılıq etdiyi birlik Efiopiya polisinə ilk hücumu başladı və vətəndaş müharibəsi başladı. 28 may 1962-ci ildə əfsanəyə çevrilən Həmid İdris vəfat etdi, lakin silah yoldaşları onun ölümünü dörd il eritreyalılardan gizlətdilər.
Partizan hücumlarına cavab olaraq imperator Eritreya parlamentini, hökuməti buraxdı, konstitusiyanı ləğv etdi və Eritreyanı Efiopiyanın əyaləti elan etdi. Amma bu üsyançıların mübarizəsini dayandırmadı, partizanlar dağlara axışdılar.
Üsyançı hərəkatın dayağı askari veteranları, sosial bazası isə Eritreya əhalisinin təxminən 40%-ni təşkil edən müsəlmanlar idi. Bəzi müsəlman birlikləri ölkənin Sudana birləşdirmək istəyirdilər. 1971-ci ildə Eritreyada Efiopiya hakimiyyəti tərəfindən vəhşicəsinə yatırılan kütləvi üsyanlar baş verdi və minlərlə gənc partizanlara qoşulmağa başladı. 70-80 cı illərdə toqquşmalara baxmayaraq heç bir nəticə əldə edilmədi. Sovet və kubalı müşavirlərin köməyi ilə başlatdığı sosialist eksperimenti Efiopiyaya iqtisadi fəlakət, dəhşətli aclıq və mənasız terror gətirdi. Bu şəraitdə rejim, xüsusilə Eritreyadakı dənizə çıxışı asanlaşan, silah və təchizatların çatdırıldığı, durmadan güclənən üsyançı hərəkatları yatıra bilmədi. Bundan sonra bütün üsyançı qüvvələr birləşərək vahid Efiopiya Xalq İnqilabi Demokratik Cəbhəsinə çevrildi.
1991-ci ildə Efiopiya diktatoru Mengistu Zimbabveyə qaçdı. Eritreya faktiki olaraq müstəqil oldu. Müharibə zamanı ən azı 150.000 eritreyalı və hətta daha çox Efiopiyalı öldü. Bütün Eritreya dağıdıldı - yalnız heç bir döyüşün getmədiyi paytaxt Əsməra sağ qaldı. 1993-cü ilin aprelində Efiopiyanın yeni hökumətinin razılığa əsasən, Eritreyada referendum keçirildi. Eritreyalılar müstəqilliyə səs verdilər. Tezliklə BMT yeni üzv - Eritreya dövlətini qəbul etdi.
Qonşuları ilə müharibədə uduzan Eriteriya
Müstəqilliyi dövründə Eritreya bütün qonşuları ilə müharibə edib, amma heç biirində qalib gəlməyib. 1995-ci ildə Eritreya Qırmızı dənizdəki Haniş adaları uğrunda Yəmənlə, 2008-ci ildə isə heç bir səbəb olmadan Cibuti ilə döyüşüb. 1997-99-cu illərdə Eritreya ilə Sudan arasındakı sərhəddə döyüşlər gedirdi. 1990-cı illərin sonundan etibarən Eritreya Somalidəki islam ekstremistlərinə yardım edir. 2018-ci ilə qədər o, Əddis-Əbəbədə hökm sürən bir vaxtlar qohum olan TPLF rejiminə qarşı mübarizə aparan Efiopiya üsyançılarına dəstək verirdi. TPLF rejiminin dağılmasından və Efiopiyada Abiy Əhməd Əlinin hakimiyyətə gəlməsindən sonra Eritreya və Efiopiya nəhayət sülh bağladılar və hətta müttəfiq oldular.
Musavat.com