İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti Ukrayna müharibəsinə görə 45 yaşını qeyd etməyəcək

976 02.05.2022 20:39 Şou-biznes A A

Xalq artisti, məşhur tenor Yusif Eyvazov Ukraynada baş verən müharibə ilə əlaqədar 45 illik yubileyini qeyd etməyəcək.

Musavat.con bildirir ki, bu barədə Xalq artistinin özü sosial şəbəkədə məlumat yayıb. Sənətçi "Посмеёмся до слёз" mahnısını paylaşaraq qeyd edib:

"Düşünürəm ki, bir şeyi qeyd etmək üçün bayram əhval-ruhiyyəsi olmalı, özünü xoşbəxt hiss etməli, ətrafımızda çoxlu şən insanlar görmək lazımdır. Təəssüf ki, bu, hazırda mümkün deyil.
Tək istəyim sülh, övladlarımızın xoşbəxt bir zamanda yaşaya bilməsi, insanların bir-birinə hörmət, anlayışla yanaşmasıdır. Bunun baş verməsi üçün hər birimiz özümüzdən başlamalıyıq...."

Xatırladaq ki, Xalq artistləri Yusif Eyvazov və xanımı Anna Netrebko Ukraynada baş verən müharibəni pislədikləri üçün Rusiyanın bir sıra teatrları tərəfindən sanksiya ilə üzləşmişdilər.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR