İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti Ramiz Novruz dəfn olunub

1510 21.02.2023 15:53 Hadisə A A

Ötən gecə vəfat edən Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruz dəfn olunub.

Mərhum Yasamaladakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları, yaxınları və sadə insanlar iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu.

***

Ötən gecə vəfat edən Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzla vida mərasimi başa çatıb.

“Report” xəbər verir ki, mərhumun vaxtilə yaşadığı evdə keçirilən mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, R.Novruzun ailə üzvləri, sənət dostları, yaxınları və sadə insanlar iştirak ediblər.

Aktyorun cənazəsi alqışlar sədaları altında yola salınıb. Hazırda mərhumun cənazəsi dəfn olunmaq üçün Yasamaladakı "Qurd qapısı" qəbiristanlığına aparılır.

Xalq artisti Hacı İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, R.Novruzun vəfatı Azərbaycan mədəniyyəti, teatr sənəti üçün böyük itkidir: “Ramiz çox böyük yaradıcılıq yolu keçib, tamaşaları xalqın sevincini qazanıb. Bu isə hər bir sənətkara, artistə müvəffəq olmur. Onun əziz xatirəsi həmişə bizim qəlbimizdə yaşayacaq”.

Əməkdar artist Dilarə Əliyeva aktyorun xəstələndikdən sonra hamı ilə əlaqəni kəsdiyini deyib: “Çox zarafatcıl insan idi. Təəssüf ki onun kimi bir insanı itirdik, Ramiz bəy mənim yadımda zarafatları, gülər üzü ilə qalacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR