İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçikyan: “Fransa bu yolla erməni icmasını sakitləşdirir”

935 11.12.2023 13:16 Son xəbər A A

“Fransanın Ermənistandakı rolu simvolik, emosional jestlərlə məhdudlaşır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Stenford Universitetinin siyasi elmlər üzrə professoru Artur Xaçikyan deyib.

Xaçikyanın fikrincə, Fransanın verdiyi “Bastion”lar məhz bu məntiqə uyğundur. O, bu zirehli maşınların Fransanın Afrika ölkələrində sülhməramlı missiyaları çərçivəsində istifadə olunduğunu vurğulayıb.

Erməni ekspertin sözlərinə görə, bu maşınların hər hansı hücumu dəf etmək üçün ciddi potensialı yoxdur.

“3 “Thales Ground Master 200” radarının Ermənistana satılmasına gəlincə, bu addım simvolluqdan o yana getmir, çünki bu radarlar düşmən tərəfindən 15 dəqiqə ərzində məhv edilə bilər.

Fransanın “Le Monde” qəzeti yazır ki, Ermənistana göstərilən yardım çox məhduddur və Fransanın erməni icmasını sakitləşdirmək üçün nəzərdə tutulub. Mən Fransadakı erməni icmasının üzvləri ilə danışdım, onlar Müdafiə Nazirliyinin və Fransa hökumətinin nümayəndələri ilə görüşlərin məzmununu mənimlə bölüşdülər. Onlara deyildiyinə görə, Fransanın Ermənistanda heç bir marağı yoxdur və Ermənistan üçün edilən hər şey sadəcə erməni icmasına hörmətdən irəli gəlir. Bu o deməkdir ki, yardımın həcminin artacağını gözləmək lazım deyil, gec-tez puç olacaq. Üstəlik, həm Fransa, həm də ABŞ Ermənistana hücum olacağı təqdirdə birbaşa müdaxilə etməyəcəklərini açıq şəkildə bildirirlər”, - deyə Xaçikyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR