İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçatryan Paşinyanı belə “vurdu”

895 05.12.2023 15:06 Son xəbər A A

““Vətəndaş sazişi” fraksiyasının təmsil etdiyi parlament çoxluğunun mövqeyi Ermənistanda parlamentarizmi məhv edir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində eyni adlı müxalifət fraksiyasından olan deputat Artur Xaçatryan deyib.

Onun sözlərinə görə, parlament çoxluğu növbəti dəfə parlamentin plenar iclasında müxalifətin qanunvericilik təşəbbüsünün müzakirəsinə icazə verməyib. Gündəlik layihəsini təqdim edən parlamentin spikeri Alen Simonyan isə müxalifəti siyasi boykot metodlarından istifadə etməkdə suçlayıb. Simonyan qeyd edib ki, müxalifət qanunun ona verdiyi mexanizmlərin çoxundan istifadə etmir, sonra isə bu və ya digər məsələnin gündəliyə salınmamasından şikayətlənir.

Müxalifətçi deputat Simonyanın dediklərini şantaj kimi qəbul edib.

“Belə çıxır ki, müxalifət siyasi boykot hüququndan istifadə etdiyinə görə hakim qüvvə buna cavab olaraq qarşısındakı siyasi qüvvənin bütün təşəbbüslərini pozmaqda özünü haqlı hesab edir”, - deyə Xaçatryan söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR