İnsanlara hürriyət, millətlərə istiqlal!

“WhatsApp” yeni funksiyaya sahib olacaq

1074 24.07.2022 22:28 Texnologiya A A

“WhatsApp” messenceri yoxa çıxan mesajları saxlaya biləcək.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Qeyd olunur ki, yenilik sayəsində yoxa çıxan mesajlar standart mesajlara çevrilə bilir. Bu, söhbətdə vacib məlumatları saxlayacaq. Saxlanılan mesajlar söhbətin bütün iştirakçılarının daxil ola biləcəyi eyni adlı ayrı bölmədə göstəriləcək.

“WhatsApp” qrup çatı adminləri də bu funksiyanı aktivləşdirə və ya deaktiv edə biləcəklər.

Yeni funksiya hələ inkişaf mərhələsindədir, lakin tezliklə “WhatsApp”ın PC üçün beta versiyasında istifadəyə veriləcək. Bütün istifadəçilər üçün yoxa çıxan mesajları saxlamaq imkanı digər platformalar üçün nə vaxt əlçatan olacağı barədə heç bir məlumat yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR